Ermənistanda iki əsgər qeyri-müəyyən şəraitdə öldü

 11:44 28.08.2023     233

Ermənistanda hərbi hissələrdən birinin 2 hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu, Ermənistan ordusunda avqust ayında sayca 6-cı hərbçi ölümüdür.