Ukrayna NATO-ya üzv ola bilməz - Avropa komissarı
Münaqişə davam etdiyi müddətdə Ukrayna NATO-ya üzv ola bilməyəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Avropanın daxili bazar üzrə komissarı Terri Breton bildirib.
"Avropa ərazisində münaqişə davam etdikcə, Ukrayna NATO-ya üzv ola bilməz. Əks halda, Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə əsasən, bu, alyansın bütün ölkələrinin münaqişəyə girməsi demək olacaq" - deyə Breton bu barədə Fransanın LCI telekanalının efirində bildirib.
Turan İSMAYIL