Hindistan Ukrayna ilə bağlı əsl sülh təşəbbüslərini dəstəkləyəcək - Baş nazir

 13:33 28.08.2023     251

Hindistan Ukraynaya sülh və sabitlik gətirmək üçün real səyləri dəstəkləməyə hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi Yunanıstanın "Kathimerini" qəzetinə müsahibəsində deyib.

“Hindistan regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş bütün həqiqi səyləri dəstəkləməyə hazırdır”, - deyə o, Ukraynadakı münaqişənin necə başa çata biləcəyi ilə bağlı sualı cavablandırıb.

Modi qeyd edib ki, Hindistan Ukraynadakı mövcud münaqişənin həllində ardıcıl olaraq diplomatiya və dialoqun tərəfdarıdır. Eyni zamanda o, bunun sadəcə siyasi və ya iqtisadi məsələ olmadığını, insanlıq məsələsi olduğunu bildirib.

Hindistanın baş naziri həmçinin vurğulayıb ki, münaqişənin nəticələri ən çox inkişaf etməkdə olan ölkələrə təsir edir. “Hindistan xalqın rifahı və beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə öz milli maraqlarını müdafiə etmək əzmi və bacarığına malikdir”, o əlavə edib.

Turan İSMAYIL