Putin Ərdoğanla görüşəcək - Kreml təsdiqlədi

 14:54 28.08.2023     214

Kreml yaxın vaxtlarda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcəyini təsdiqləyib. Ancaq bunun harada və nə vaxt keçiriləcəyi daha sonra açıqlanacaq.

Redaktor.az MK-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Ankaradakı diplomatik mənbənin sözlərinə görə, sentyabrın əvvəlində, G20 sammitindən əvvəl Rusiyada görüşün keçirilməsi planlaşdırılır.

T.İSMAYIL