Fransa Nigerdəki ECOWAS hərbi əməliyyatını dəstəkləyəcək - Makron
Fransa Nigerdə konstitusiya nizamını bərpa etmək üçün hərbi səylər də daxil olmaqla, ECOWAS-ın istənilən səylərini dəstəkləməkdə qərarlıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ölkə səfirlərinin illik konfransında çıxışı zamanı deyib.
“Biz diplomatik tərəfi dəstəkləyirik və qərar verilərsə, o zaman ECOWAS-ın hərbi fəaliyyətini dəstəkləyirik”, - Fransa lideri bildirib.
Turan İSMAYIL