Putin xarici səfərlərə hazırlaşır

 16:12 28.08.2023     264

Rusiya Prezidenti Vladimir Putinin payızda beynəlxalq səfərlər edəcəyi planlaşdırılır.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Kreml müvafiq səfərlərin vaxtı çatdıqda bu barədə məlumat verəcək. 

Peskov, həmçinin Türkiyə və Rusiya prezidentləri arasında gözlənilən görüşün yaxın vaxtlarda baş tutacağını vurğulayıb.