Erməni əsgəri cərəyan vurub öldürdü

 16:33 28.08.2023     344

2023 avqustun 26-da Ermənistan Respublikası Hərbi Polisinin Doqquzuncu Qarnizon İstintaq İdarəsinə həmin gün Ermənistan Müdafiə Qüvvələrinin N-ci Hərbi Bölməsinin əsgəri Şavarş Akinyanın elektrik cərəyanı vurması barədə məlumat daxil olub. Hadisədən sonra hərbçi “Kəpəni MC” QSC-yə köçürülüb, saat 18:55-də onun bioloji ölümü qeydə alınıb.

Redaktor.az "Hraparak"a istinadla xəbər verir ki, bu barədə Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.

Faktla bağlı Cinayət Axtarış İdarəsinin 9-cu qarnizon istintaq şöbəsində Cinayət Məcəlləsinin 550-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi ilə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı hadisə yerinə baxış keçirilib, bir sıra ekspertizalar təyin edilib.

Hadisənin bütün hallarının müəyyən edilməsi üçün zəruri və təxirəsalınmaz istintaq və digər inzibati tədbirlər həyata keçirilir.

Turan İSMAYIL