Zaxarova Makronu təriflədi

 16:45 28.08.2023     312

Fransa lideri Emmanuel Makronun həddindən artıq bədbinliyə qapılmadan beynəlxalq prosesləri ayıq-sayıq qiymətləndirmək lazım olduğuna dair sözləri Qərbin ayılmasından xəbər verir.

Redaktor.az "komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Şadam ki, Qərbi Avropa məhz “həddindən artıq bədbinlik” tərəfindən ziyarət edilib. Çünki ondan çıxmaq nikbinlik deyil, sadəcə bədbinlik deməkdir. Bu, artıq ayılmaq üçün bir addımdır”, – diplomat öz teleqram kanalında yazıb.

O qeyd edib ki, Makronun “Qərb işğal edib və dominant mövqe tutur” ifadəsində gələcək zaman yoxdur. "Bu, Qərb ölkələrinin ayrı-ayrı nümayəndələrinin qiymətləndirmələrinin reallığına dəlalət edir", - deyə Zaxarova izah edib.

Onun fikrincə, beynəlxalq proseslərə ayıq yanaşmaq üçün UkraynaPprezidenti Volodimir Zelenskiyə dəstəyi dayandırmaq lazımdır.

Xatırladaq ki, bundan əvvəl Makron bildirib ki, dünya düzəninə yenidən baxılması Qərbi və Avropanı zəiflətmək təhlükəsi yaradır. Onun fikrincə, beynəlxalq arenada vəziyyət getdikcə mürəkkəbləşir və buna həddindən artıq bədbinliyə qapılmadan ayıq yanaşmaq lazımdır.

Turan İSMAYIL