Putin Hindistanın Baş naziri ilə razılığa gəldi
Rusiya Prezidenti Vladimir Putin baş nazir Narendra Modi ilə Rusiya-Hindistan münasibətlərini müzakirə edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Qeyd olunub ki, Putin və Modi ikitərəfli kosmik əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəliblər.
"Vladimir Putin bir daha Narendra Modini Hindistanın "Çandrayaan-3" kosmik stansiyasının onun Cənub qütbünün yaxınlığında Aya uğurlu enişi münasibətilə ürəkdən təbrik edib. Kosmik sektorda ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqları təsdiqlənib", - Kremlin bəyanatında deyilir.
Kremlin məlumatına görə, görüşdə Rusiya-Hindistan münasibətləri, BRİKS sammitinin nəticələri müzakirə edilib, eyni zamanda təşkilatın genişləndirilməsi, enerji sektorunda əməkdaşlıq və nəqliyyat infrastrukturunun qurulmasının vacibliyi vurğulanıb.
Putin və Modi Yeni Dehlidə keçiriləcək G20 sammiti ilə bağlı da fikir mübadiləsi aparıblar.
Turan İSMAYIL