"Putin "Vaqner" rəhbərinin yaxınlarına başsağlığı teleqramı göndərməyəcək" - Peskov
Rusiya Prezidenti Vladimir Putin "Vaqner" rəhbəri Yevgeni Priqojinin yaxınlarına başsağlığı teleqramı göndərməyəcək.
Redaktor.az "msk1.ru"ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Prezident artıq ailəsinə başsağlığı verib" - o, deyib.
Onun sözlərinə görə, Putin bunu Priqojinin ölümünün rəsmi təsdiqindən əvvəl də edib, çünki "Vaqner" özəl hərbi şirkətinin rəhbərinin ölümünün “tamamilə aşkar təsdiqləri var idi”.
"Başa düşürsünüz ki, de-fakto məlumat var, amma bu de-yure üzərində əməliyyat aparmaq üçün ekspertizanı gözləmək lazım idi. Amma bu halda, əlbəttə ki, uçuş siyahısı, Priqojinin göyərtədə olduğunu sübut edən digər materialların olması ilə bağlı tamamilə açıq təsdiqlər var idi" - Peskov izah edib.
Prezidentin mətbuat katibi vurğulayıb ki, Priqojinin dəfn mərasiminin formatı ilə bağlı qərar onun qohumlarının vəsiyyəti əsasında veriləcək.
"Dəfnlə bağlı məlumatım yoxdur. Şübhəsiz ki, qərar qəbul edilən kimi ictimaiyyətə açıqlanacaq. Belə hadisələr ilk növbədə qohumların qərarına əsaslanır”.
Qeyd edək ki, avqustun 23-də axşam saatlarında Tver vilayətində “Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojinin biznes-jeti qəzaya uğrayıb. Qəza nəticəsində onun özü də daxil olmaqla 10 nəfər ölüb. Daha sonra İstintaq Komitəsi Priqojinin ölümünü rəsmən elan edib.
Təyyarə qəzasında həlak olanların cəsədləri dünən səhər saatlarında Tver Regional Məhkəmə Tibbi Ekspertiza Bürosunun meyitxanasına təhvil verilib.
Turan İSMAYIL