Feysbuk Arayikin səhifəsini bərpa etdi
Feysbuk sosial şəbəkəsi Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının lideri Arayik Arutyunyanın rəsmi səhifəsini bərpa edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Qeyd olunub ki, Arayikin yarım milyona yaxın izləyicisi olan səhifəsi avqustun 26-da Azərbaycan tərəfinin şikayətlərinə görə silinib.
Öz növbəsində separatçı liderin nümayəndələri sosial şəbəkənin administrasiyasına şikayət ünvanlayıblar.
T.İSMAYIL