Rusiya kolza toxumunun ixracına qadağanı uzatdı
Rusiya hökuməti ölkədən kolza toxumlarının ixracına qoyulan qadağanı 2024-cü il fevralın 29-dək uzadıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin imzaladığı qərar hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
"2023-cü il sentyabrın 1-dən 29 fevral 2024-cü il daxil olmaqla, Rusiya Federasiyasından kolza toxumlarının ixracına qadağa qoyulsun", - qərarda deyilir.
Mart ayında Rusiya hökuməti 2023-cü il avqustun 31-dək ölkədən kolza toxumlarının ixracına qadağa qoyub.
Turan İSMAYIL