Krımda su qıtlığı riski GÖZLƏNİLİR

 21:27 28.08.2023     298

Rusiya tərəfindən işğal olunan Ukraynanın Krım vilayəti, eləcə də Rusiyanın bir sıra regionları sənaye miqyasında su çatışmazlığı ilə üzləşə bilər. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə "NSN"ə müsahibəsində hidroloq Mixail Bolqov proqnozlaşdırıb.

Mütəxəssis qeyd edib ki, Krımdan əlavə, su qıtlığı Kalmıkiya, Stavropol, Omsk vilayəti, eləcə də Aşağı Don bölgəsini təhdid edə bilər. Eyni zamanda, digər bölgələrlə müqayisədə ən pis vəziyyət Krımda müşahidə olunur. 

Yusif EYVAZLI