Konqoda silahlılar kilsədə 14 nəfəri öldürdü

 22:59 28.08.2023     307

Konqo Demokratik Respublikasında silahlılar kilsədə azı 14 nəfəri öldürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Silahlılar avqustun 27-də ibadət zamanı insanlara hücum ediblər.

Yerli “Okapi” radiostansiyası xəbər verir ki, hücum edənlər İturi əyalətində fəaliyyət göstərən Konqonun İnkişafı Kooperativinin (CODECO) üzvləri olub.

CODECO iyirmi il əvvəl ölkənin şərq bölgələrində yaşayan Lendu xalqının silahlı milislərindən yaranıb (report).