Fransa səfirinin Nigerdən çıxarılması qərarı təxribatdır - Avropa İttifaqı

 23:12 28.08.2023     345

Avropa İttifaqı hesab edir ki, Niger üsyançılarının Fransa səfirini Nigerdən qovmaq qərarı hazırkı böhranın diplomatik yolla həllinə kömək etməyəcək bir təxribatdır.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb.

“Üsyançıların Fransa səfirini ölkədən qovmaq qərarı hazırkı böhranın diplomatik həlli axtarışına töhfə verməyəcək yeni bir təxribatdır. Avropa İttifaqı Fransa səfirinə tam dəstəyini bildirir” – məlumatda deyilir (apa).