Tacikistanda leysan yağışları nəticəsində ölənlərin sayı daha da artdı

 10:03 29.08.2023     217

Tacikistanda leysan yağışların fəsadları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu gün xilasedicilər 3 qadın və 1 kişi meyitini aşkar ediblər. Nəticədə ölənlərin sayı 17-ə çatıb.

Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə təhvil verilib. 

Xilasetmə əməliyyatları zamanı sel nəticəsində 100 baş mal-qaranın tələf olması müəyyən edilib.

Humay İSGƏNDƏRLİ