Ərdoğanın Putinlə müzakirə edəcəyi əsas mövzu açıqlandı

 11:08 29.08.2023     228

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində həmkarı Vladimir Putinlə taxıl sazişinin yeni formulunu müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan bu yaxınlarda Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və orada Ukrayna rəhbərliyinin taxıl sazişi ilə bağlı fikrini öyrənib: “Türkiyənin təmaslardan sonra hazırladığı yeni formul Soçidə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçiriləcək görüşdə müzakirə edilə bilər”.

Qeyd edək ki, Ərdoğanla Putin arasında görüşün sentyabrın 8-i Soçidə keçirilməsi planlaşdırılır.