Priqojinlə Moskvada vida mərasimi olacaqmı?

 13:11 29.08.2023     289

Rusiyanın Sankt-Peterburq şəhərinin Primorsk rayonunun sakinləri bu gün səhər saatlarında tıxaclarda ilişib qalıblar - heç kimin Serafimovski qəbiristanlığında "cibə" girməsinə icazə verilmir.

Redaktor.az msk1.ru-ya istinadla xəbər verir ki, burada, ehtimal ki, Tver bölgəsində təyyarə qəzasında həlak olan "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojini və onunla birgə qəzada ölənləri dəfn edəcəklər.

Avqustun 29-na keçən gecə qəbiristanlığın bütün girişlərində hüquq-mühafizə orqanlarının əməkdaşları yerləşdirilib. Güman edilir ki, bu gün Priqojinin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla vidalaşacaqlar.

Yevgeni Priqojinlə ayrılıq tarixi dəqiq məlum deyil. "Fontanka" bildirib ki, bəzi məlumatlara görə, bu, çərşənbə günü, avqustun 30-da, Moskvada ilkin anım mərasimi ilə baş verə bilər. 

Lakin dövlət qurumundan "Hələlik Priqojinlə vidalaşma tarixi və yeri haqqında heç bir məlumat yoxdur" deyiblər.

Serafimovski qəbiristanlığı hərbi memorial sayılır, lakin burada incəsənət, elm və siyasətlə əlaqəli bir çox məşhur insanlar dəfn olunub. Onların arasında Vladimir Putinin valideynləri və Şurik rolunun ifaçısı, aktyor Aleksandr Demyanenko da var.

Xatırladaq ki, avqustun 23-də axşam saatlarında “Vagner" şirkətinin rəhbəri Yevgeni Priqojinin biznes-jeti Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində onun özü də daxil olmaqla 10 nəfər ölüb. Daha sonra İstintaq Komitəsi Priqojinin ölümünü rəsmən elan edib. 

Turan İSMAYIL