“Putin Priqojinin dəfnində iştirak etməyəcək” - Peskov
“Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfnində iştirakı nəzərdə tutulmayıb”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml Priqojinin dəfni ilə bağlı konkret məlumata sahib deyil: “Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”.