Rusiyada 16 yaşlı fiqurlu konkisürən yoxa çıxdı

 14:17 29.08.2023     271

Rusiyada fiqurlu konkisürən Alina Qorbaçova yoxa çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a 16 yaşlı idmançının anası Yekaterina Qorbaçova bildirib.

"Hadisə yerini axtarırıq. Onun harada olduğunu, Moskvada olub-olmadığını bilmirik. Artıq bütün orqanları qaldırmışıq. Moskva ətrafında axtarış gedir".

Qeyd edək ki, Alina Qorbaçova məşqçi Sofiya Fedçenkonun rəhbərliyi altında məşğul olur. O, ötən mövsüm fiqurlu konkisürən Rusiya Qran Prisinin finalında altıncı yeri tutub, eyni zamanda ölkə çempionatının qalibi olub.

T.İSMAYIL