İlon Mask maşın sürərkən canlı yayım etdi - polis onu cərimələmədi

 14:43 29.08.2023     306

Amerikalı milyarder İlon Mask avtomobil idarə edərkən telefonunu tutaraq Kaliforniya qanunlarını pozub.

Redaktor.az xəbər verir ki, bu barədə "verge.com" saytı məlumat yayıb.

Bildirilib ki, Mask Tesla Motors-un baş qərargahının yerləşdiyi Palo Alto şəhərində maşın sürərkən avtomobil hərəkətdə olarkən internetdə canlı yayım edirmiş. Nəşrin məlumatına görə, videodan biznesmenin sürücünün oturacağında olması ilə bağlı birmənalı nəticə çıxarmaq olar. 

Polis kapitanı Ceyms Rayfşnayder bildirib ki, cərimə yalnız hər hansı polis məmuru pozuntunun şəxsən şahidi olduqda yazılır.

Turan İSMAYIL