Moskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü olacaq

 17:08 29.08.2023     254

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, yaxın vaxtlarda Moskvada iki ölkənin nazirləri arasında danışıqlar aparılacaq.