Zelenski Təhlükəsizlik Xidməti rəhbərini işdən çıxardı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Zakarpat vilayəti üzrə departamentinin rəhbəri Yevgeni Borzilovu vəzifəsindən azad edib.
Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə 548/2023 nömrəli müvafiq sərəncam dövlət başçısının saytında dərc edilib.
“Borzilov Yevgeni Viktoroviç Ukrayna Təhlükəsizlik Xidmətinin Zakarpat vilayəti üzrə departamentinin rəisi vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.
İşdən çıxarılma səbəbi sənəddə göstərilməyib.
Borzilova 2022-ci ilin iyulunda Zakarpatiyada Ukrayna Təhlükəsizlik Xidməti şöbəsinin rəisi təyin edilib. Bundan əvvəl o, Poltava vilayətində analoji vəzifədə olub.
Turan İSMAYIL