“Diriliş Ertuğrul”un aktyoru vəfat etdi

 19:09 29.08.2023     311

Türkiyənin məşhur aktyoru Ünal Silver vəfat edib.

Redaktor.az xəbər verir ki, aktyor 75 yaşında dünyasını dəyişib.

O, “Diriliş Ertuğrul”, "Eşkiya dünyaya hökmdar olmaz", "Poyraz Karayel", "Kuzey Güney", "Deli Saraylı", "Gönülçelen", "Bir Bulut Olsam", "Sessiz Fırtına" kimi məşhur seriallarda rol alıb.