ABŞ Ukraynaya yeni hərbi yardım paketi HAZIRLADI

 22:03 29.08.2023     299

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə  Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər, artilleriya üçün döyüş sursatları və "HIMARS" reaktiv yaylım atəş sistemləri , eləcə də xüsusi minatəmizləmə avadanlıqları verəcək.

Yusif EYVAZLI