Floridada qasırğa səbəbindən güclü yağış və daşqın xəbərdarlığı edildi

 22:15 29.08.2023     433

Sabah ABŞ-ın Florida ştatına çatacağı gözlənilən "İdalia" qasırğasının bölgədə güclü yağış və daşqınlara səbəb olacağı gözlənilir.

Redaktor.az “Anadolu" agentliyinə istinadla xəbər verir ki,  "fırtına dalğası"nın Floridanın şimalındakı bəzi bölgələrdə suyun səviyyəsinin 3,6 metrə qədər yüksəlməsinə səbəb ola biləcəyi bildirilib.

Bu cür təbii fəlakətlərdə ölümlərin bir nömrəli səbəbi gelgit dalğaları və ya güclü yağışlar nəticəsində yaranan daşqınlardır.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən