16 yaşlı konkisürən qız TAPILDI

 22:52 29.08.2023     355

İtkin düşən konkisürən Alina Qorbaçova tapılıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğu Telegramda məlumat yayıb.

“16 yaşlı idmançının yeri ticarət mərkəzlərindən birinin kinoteatrında müəyyən edilib. İlkin məlumata görə, ona qarşı heç bir qanunsuz hərəkətə yol verilməyib”, - deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib. 

Onun həyatına və sağlamlığına heç bir təhlükənin olmadığı qeyd edilib.

Yusif EYVAZLI