Ukraynanı dəstəkləmək üçün kifayət qədər vəsait var - Pentaqon

 22:56 29.08.2023     467

ABŞ Müdafiə Nazirliyi ən azı sentyabrın sonuna qədər Ukraynaya hərbi yardım göstərmək üçün kifayət qədər vəsaitin olacağını gözləyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə jurnalistlərə bildirib.

"Biz əminik ki, maliyyə ilinin sonuna qədər Ukraynanın ehtiyaclarını ödəmək üçün kifayət qədər pulumuz var. Amma bildiyiniz kimi, əlavə yardım paketi üçün Konqresə sorğu göndərilib və ümid edirik ki, bu, təsdiqlənəcək" - o, deyib.

Eyni zamanda, Sinq bu məlumatı dəqiqləşdirməyə söz verərək, Pentaqonun Kiyevə yardım üçün nə qədər pul qoyub getdiyini dəqiq deyə bilməyib.

Xatırladaq ki, ötən ilin dekabrında Konqres Ukraynaya 48 milyard dollar yardımı təsdiqləyib. Ağ Ev bu məbləğin nə qədərinin artıq xərcləndiyini dəqiqləşdirməyib. Amerika mətbuatının yazdığına görə, bu vəsaitlər artıq başa çatmaq üzrədir. Avqust ayında Ağ Ev Konqresə Ukrayna üçün yeni maliyyə paketi ilə bağlı sorğu təqdim edib və sentyabrda baxılacağı gözlənilir.

Turan İSMAYIL