Moskvada yoxa çıxan Rusiya çempionu tapıldıqdan sonra istintaqa cəlb olundu

 23:34 29.08.2023     479

Ötən gün Moskvada itkin düşən 16 yaşlı fiqurlu konkisürən, Rusiya çempionu Alina Qorbaçova tapıldıqdan sonra istintaqa cəlb olunub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Moskva Baş İstintaq idarəsindən bildiriblər ki, ticarət mərkəzinin kinoteatrında tapılan itkin düşmüş 16 yaşlı fiqurlu konkisürən qız İstintaq İdarəsinə aparılıb və orada onunla bağlı istintaq hərəkətləri başlayıb. 

"Azyaşlı paytaxt İstintaq Komitəsinin şöbəsinə aparılıb. Qanuni nümayəndə və psixoloqun iştirakı ilə müstəntiqlər onunla birgə istintaq hərəkətlərinə başlayıb", - idarəinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, 16 yaşlı idmançı tapılmadığı üçün bu gün Moskva Baş İstintaq İdarəsi onun öldürüldüyünü zənn edərək Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlamışdı.

Turan İSMAYIL