ABŞ Priqojinun ölümündə Putinin əli olduğunu istisna etmir - Ağ Ev

 23:47 29.08.2023     621

Ağ Ev Rusiya Prezidenti Vladimir Putinin "Vaqner" özəl hərbi şirkətinin lideri Yevgeni Priqojinin ölümündə əli ola biləcəyini istisna etmir.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“Biz hamımız bilirik ki, Kremlin opponentlərinə sui-qəsdlərin uzun tarixi var" - o, deyib.

Jan-Pyerin sözlərinə görə, ABŞ Priqojinin ölümü ilə bağlı vəziyyəti izləyir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da bildirilmişdi ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin tərəfindən təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulması versiyası qeyri-dəqiqdir.

Xatırladaq ki, avqustun 23-ü axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində təyyarə qəzaya uğramışdı. Daha sonra məlum olub ki, qəza biznes-jetlə baş verib. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarənin sərnişinləri arasında “Vaqner”in lideri Yevgeni Priqojin, onun şirkətinin komandirləri və döyüşçüləri də var.

Daha sonra, avqustun 27-də Rusiya Federasiyasının İstintaq Komitəsi Priqojinin təyyarə qəzasında öldüyünü rəsmən təsdiqləyib.

Bu gün, avqustun 29-da “Vaqnerçilər”in mərhum liderinin mətbuat xidməti Yevgeni Priqojinin Sankt-Peterburqdakı Proxorovski qəbiristanlığında dəfn edildiyini bildirib. Vida mərasimi qapalı formatda keçib.

Turan İSMAYIL