Rusiyanın 260 milyon dollarlıq hərbi texnikası belə məhv edildi - VİDEO

 23:57 29.08.2023     779

Ukrayna müdafiəçiləri Rusiyanın Buk-M3 hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasını məhv ediblər. Onun dəyəri milyonlarla dollardır.

Redaktor.az "rbc.ua"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, Buk-M3 zenit-raket kompleksi çox nadir hədəfdir. İxtisaslaşmış hərbi nəşrlər qeyd edir ki, indiyədək bu hava hücumundan müdafiə sistemlərinin buraxılış qurğularının məhv edilməsi barədə heç bir təsdiq yoxdur.

Bununla belə, Buk-M3 RLS daha əvvəl məhv edilib. Onun qalıqları 2022-ci ilin martında Çerniqov vilayətində tapılıb.

Yayımlanan kadrlarda Ukrayna hərbçilərinin raketləri işıqlandırmaq və istiqamətləndirmək üçün radiolokasiya stansiyasını necə yandırdıqları göstərilir. Hərbçilər qeyd ediblər ki, məhv edilən texnikanın dəyəri 260 milyon dolları ötür.

Turan İSMAYIL