ABŞ Britaniyada nüvə silahları yerləşdirir? - Pentaqondan AÇIQLAMA

 00:13 30.08.2023     311

Pentaqon ABŞ-ın Böyük Britaniyada nüvə silahı yerləşdirməyə hazırlaşması ilə bağlı xəbərləri şərh etmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki,bu barədə brifinqdə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq bildirib.

"Mən sizin dediyiniz hesabatları görmüşəm. Mövqeyimizə görə, biz Amerika nüvə qüvvələri ilə bağlı təfərrüatları, o cümlədən onların yerləşdiyi yerləri açıqlamırıq. ABŞ-ın siyasəti heç bir yerdə nüvə silahının mövcudluğunu və ya olmamasını təsdiq və ya inkar etmək deyil. ”, - o, deyib.

Bir müddət əvvəl Britaniyanın “The Guardian” qəzeti ABŞ-ın Britaniya torpaqlarında nüvə silahı yerləşdirməyə hazırlaşdığına dair məqalə dərc etmişdi. Nəşr qeyd edib ki, söhbət Şərqi İngiltərədəki "Lakenheath" Hərbi Hava Qüvvələri bazasında amerikalı personalın mövcudluğunu artırmaq planlarından da gedir.

Amerika nüvə silahları 1954-cü ildən Britaniya torpaqlarındadır, lakin 1991-ci ildən sonra geri çəkilib.

Turan İSMAYIL