Rusiya və Türkiyə arasında Putin-Ərdoğan danışıqlarından sonra sazişlər imzalana bilər

 11:52 30.08.2023     216

Rusiya və Türkiyə iki ölkə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə planlaşdırılan danışıqlardan sonra bir neçə saziş imzalaya bilər.

Redaktor.az-ın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Ankaradakı mənbə məlumat verib.

"Ehtimal var ki, Türkiyə və Rusiya liderlər arasında aparılan danışıqlardan sonra Soçidə bir sıra sazişlər imzalaya bilər. Sözsüz ki, bu, iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər. Lakin hər şey ikitərəfli danışıqların nəticələrindən asılı olacaq”, - deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyədəki diplomatik mənbə TASS-a Putinlə Ərdoğan arasında görüşün sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirmişdi. “Habertürk” telekanalı da bu tarixi Ərdoğanın Soçi səfəri üçün ehtimal olunan tarix kimi qeyd edib.