Rusiya Qara dənizdə Ukraynaya məxsus hərbi kateri ekipajı ilə birlikdə məhv etdi
Rusiya Hərbi-Dəniz Qüvvələrinə məxsus Su-30 qırıcı təyyarəsi Qara dənizin İlan adasının şərqində Ukrayna Silahlı Qüvvələrinin yüksəksürətli hərbi katerini ekipajı ilə birlikdə məhv edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“2023-cü il avqustun 30-da Qara dənizdə İlan adasının şərqində Su-30 hərbi-dəniz aviasiya təyyarəsinin heyəti Ukrayna Silahlı Qüvvələrinin yüksəksürətli hərbi katerini ekipajı ilə birlikdə məhv edib”, - deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.