Britaniyada təlim keçən ukraynalı hərbçilərin sayı açıqlandı

 15:43 30.08.2023     220

İndiyə qədər Britaniyada təlim keçən ukraynalı hərbçilərin sayı açıqlanıb.

Redaktor.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, artıq 20 mindən çox ukraynalı hərbçi Britaniyadakı poliqonlarda təlim keçib.

Baş Qərargah qeyd edib ki, təlimlərdən əvvəl onların hər birinə bütün lazımi və faydalı sursat, dəstək verilib: "Ukrayna əsgərlərinə həm təlim zamanı, həm də cəbhədə lazım olan hər şey verilir. Bunlar təkcə yay və qış üçün uniforma və ayaqqabılar, gülləkeçirməz jiletlər və dəbilqələr deyil, həm də taktiki eynək və əlcəklər, ilk tibbi yardım dəstləri, yataq çantaları və çarpayılar, eləcə də bütün bunları daşımaq üçün rahat və davamlı bel çantalarıdır".