"Torpaqlarımız alver predmeti deyil" - Ukrayna XİN

 16:36 30.08.2023     259

“Ukrayna torpaqları alver predmeti deyil və Rusiya hərəkətlərinə görə mütləq cəzasını alacaq”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Macarıstan Baş naziri Viktor Orbana cavabında deyib.

Onun sözlərinə görə, Ukrayna Macarıstan Baş nazirinin ardıcıl mövqeyindən şübhələnməyə başlayıb: “Macarıstanda durumun necə olduğunu bilmirik, amma Ukrayna nə ərazilərini, nə də suverenliyini güzəştə gedir”.

Qeyd edək ki, V.Orban daha əvvəl Ukraynanın Rusiyanı məğlub etmək şansının olmadığını söyləmişdi.