Hindistanda keçiriləcək G20 sammiti öncəsi meymunlarla bağlı tədbir görülür

 17:50 30.08.2023     602

Hindistanda 9-10 sentyabr tarixlərində keçiriləcək G20 Liderlər Zirvəsi öncəsi paytaxt Yeni Dehlidə meymunlarla bağlı bəzi tədbirlər görülür.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sammit zamanı meymunların ziyarətçilərə və sammitin keçirildiyi yerlərə zərər verməsinin qarşısını almaq üçün planlar hazırlayıblar.

Belə ki, sammittə yaxın ərazidə olan ağaclardan meymunların boyundan hündür, tələ şəklində qutular asılacaq ki, onlar həmin qutuya hoppanan zaman içərisindən çıxa bilməsinlər. 

Bundan əlavə əraziyə meymunun çıxardığı səsləri təqlid edə bilən 30-40 təlim keçmiş insan da təyin ediləcək. Onlar həmin səslərlə meymunları səsləyəcək və tələyə salacaq.

Humay İSGƏNDƏRLİ