Aİ Ukraynaya hərbi yardım fondu yaratmaq niyyətindədir

 17:46 30.08.2023     249

Avropa İttifaqı (Aİ) Ukraynaya 2024-2027-ci illər üçün ildə 5 milyard avro həcmində hərbi yardım fondu yaratmaq niyyətindədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İspaniyanın Toledo şəhərində icma ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Mən 2024-cü ildən 2027-ci ilə qədər Avropa Sülh Fondu çərçivəsində işləyəcək fond yaratmağı təklif etdim. Bu, Ukraynaya dəstəyimizin əsas elementi olmalıdır. Fond çərçivəsində biz hər il 5 milyard avro ayıracağıq" - o, deyib.

atırladaq ki, Aİ Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Kiyevə böyük dəstək göstərməkdədir.

Turan İSMAYIL