Gürcüstan spirtli içkilərdən 1 milyard dollar gəlir əldə etməyi planlaşdırır

 18:01 30.08.2023     306

Gürcüstan hakimiyyəti 2023-cü ildə təxminən 200 min ton üzüm yığacağını gözləyir.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiya açıqlama yayıb.

"Biz məhsuldarlığı, ixrac rəqəmlərini 5-6 dəfə artırmışıq və təbii ki, bunu davam etdirəcəyik. Məqsəd şərab və spirtli içkilərdən təxminən 1 milyard dollar gəlir əldə etməkdir. Bu gəliri 2030-cu ilə qədər əldə etməyi planlaşdırırıq",- deyə nazi bildirib.

Humay İSGƏNDƏRLİ