Lavrov və Fidan Türkiyədəki rusların təhlükəsizliyini müzakirə edəcək

 18:23 30.08.2023     317

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Moskvada keçiriləcək danışıqlarda Türkiyədə rusların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Mövcud turizm mövsümünü nəzərə alaraq, Sergey Lavrov və Hakan Fidan Türkiyədə rusların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini ətraflı müzakirə etməyi planlaşdırırlar”, - nazirlikdən bildirilib.

Turan İSMAYIL