Priqojinin təyyarəsinin qəzaya uğraması araşdırılmayacaq

 18:33 30.08.2023     380

Dövlətlərarası Aviasiya Komitəsi Yevgeni Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı araşdırma aparmır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə komitənin açıqlamasında deyilir.

“Çoxsaylı müraciətlərə görə sizə bildiririk ki, hazırda Dövlətlərarası Aviasiya Komitəsi (IAC) 2023-cü il avqustun 23-də Tver vilayətində "Embraer Legacy" təyyarəsi ilə baş vermiş aviasiya hadisəsini araşdırmır və hadisə barədə şərh vermir" - komitədən bildirilib.

Xatırladaq ki, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin uçduğu təyyarə avqustun 23-də qəzaya uğrayıb və onunla birlikdə göyərtədəki 10 nəfər həlak olub. Priqojin dünən Sankt-Peterburqda dəfn olunub.

Qeyd edək ki, Priqojinin uçduğu təyyarənin raketlə vurulduğu barədə iddialar səsləndirilir.

Turan İSMAYIL