Türkiyədən Qabondakı çevrilişlə bağlı bəyanat

 18:54 30.08.2023     275

Türkiyə Qabonda baş verənləri diqqətlə izləyir, sülhün və sabitliyin bərpasına ümid edir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz Qabonda baş verənləri diqqətlə izləyirik. Ölkədə sülhün və sabitliyin bərpa olunmasını səbirsizliklə gözləyirik", - nazirlik bildirib.

Qeyd edək ki, çərşənbə günü səhər Qabon hərbçiləri seçkilərin nəticələrinin ləğv edildiyini və hökumət institutlarının ləğv olunduğunu elan edib. Respublika Qvardiyasının rəhbəri general Bris Oliqui Nguema “Monde” qəzetinə bildirib ki, Qabon prezidenti Əli Bonqo Ondimba vəzifəsindən azad edilib, lakin bütün vətəndaş hüquqlarını qoruyub saxlayacaq. Hərbçilərin məlumatına görə, Əli Bonqo Ondimba ev dustaqlığındadır.

Turan İSMAYIL