Qabonda fransız televiziya və radiostansiyalarının fəaliyyəti bərpa edildi

 22:49 30.08.2023     339

Qabonun hərbi hakimiyyəti Fransanın “France 24” və “TV5 Monde” telekanallarının, eləcə də Fransanın RFI radiostansiyasının ölkə ərazisində yayımının bərpasına göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, Qabonda bu medianın işini bərpa etmək əmrini hakimiyyəti keçid dövründə ələ keçirmiş ölkənin hərbi lideri təyin etdiyi general Bris Oliqi Nqema verib. Avqustun 27-də Qabonda prezident və parlament seçkilərinin ertəsi günü iki telekanalın və bir radiostansiyanın yayımı dayandırılıb. Çərşənbə günü hərbçilər Qabonun avqustun 26-da seçki məntəqələri bağlandıqdan dərhal sonra qoyulmuş internet blokadasının ləğvi barədə göstəriş verib.

Turan İSMAYIL