Stoltenberq növbəti dəfə NATO baş katibi olmaq istəmir

 23:10 30.08.2023     259

NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətini daha uzatmaq fikrində olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bunu CNN-ə müsahibəsində jurnalistin bununla bağlı sualına cavab verərkən deyib.

“Bəli, bu mənim sonuncu səlahiyyət müddətimdir" - baş katib bildirib.

Qeyd edək ki, bu il iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib. Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO baş katibinin adi səlahiyyət müddəti dörd ildir. Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də oturub. Beləliklə, onun on illik səlahiyyət müddəti alyansa 13 il - 1971-ci ildən 1984-cü ilə qədər rəhbərlik etmiş hollandiyalı Yozef Lunsdan sonra alyans tarixində ən uzun müddətə ikinci olub.

Turan İSMAYIL