Ukraynada iki helikopter qəzaya uğradı

 23:21 30.08.2023     305

Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.

Hadisədə İqor Sikorski adına ordunun 18-ci aviasiya briqadasının altı zabit pilotu həlak olub.

Qəza döyüş tapşırığı zamanı baş verib.

Təhlükəsizlik məqsədilə hərbçilərin adları və ölüm şəraiti açıqlanmır (apa).