Almaniya bir həftə ərzində Ukraynaya 10 "Leopard" tankı göndərib

 23:28 30.08.2023     334

Almaniya son 7 gün ərzində Ukraynaya 10 Leopard 1A5 tankı və 13 milyon patron göndərib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu, Almaniya Müdafiə Nazirliyinin saytında yenilənmiş siyahıda qeyd olunub.

Həmçinin ötən həftə Ukrayna bir TRML-4D radarı, 16 kəşfiyyat təyyarəsi, səhra xəstəxanası və dörd yük maşını alıb.

Son 1,5 ildə AFR-dən Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi məbləği təxminən 20 milyard avro təşkil edib. Bununla yanaşı, Berlin Kiyevi hava hücumundan müdafiə sistemləri və döyüş tankları ilə təmin edib. İndi Ukrayna “Taurus” raketlərini almaq istəyir, lakin Almaniya hakimiyyəti qərar verməyə tələsmir.

Turan İSMAYIL