Kanadada 5 milyon arı şəhər küçələrinə səpələndi

 12:36 31.08.2023     350

Kanadanın mərkəzi şəhərlərindən olan Haltonda arı yeşikləri ilə dolu yük maşını aşıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, yük maşınının aşması nəticəsində 5 milyon arı mərkəzi küçələrə səpələnib.

Bununla əlaqədar olaraq polislər bir neçə saat əhalini çölə çıxmamağa səsləyib. Əraziyə bir neçə arıçı gələrək arıları toplamağa çalışır.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən