"Bayden administrasiyası ABŞ-ı banan respublikasına çevirib" - Tramp

 12:31 31.08.2023     195

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə indiki hakimiyyətin idarəetmə tərzini faşist adlandırıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə paylaşım edib.

"Co Baydenin administrasiyası ölkəni banan respublikasına çevirir. Bu, siyasi rəqibləri mühakimə olunanda baş verir. Amerikanın həyatında qaranlıq dövrlər yaşanır",- deyə Tramp qeyd edib.

O, həmçinin Bayden administrasiyasının əməkdaşlarını “faşist qanqsterləri” və hökumətin idarəetmə tərzini faşist adlandırıb.

Humay İSGƏNDƏRLİ