Hündürmərtəbəli binada baş verən yanğında 47 nəfər öldü

 12:35 31.08.2023     201

Cənubi Afrikanın Yohannesburq şəhərində hündürmərtəbəli binada baş verən yanğında 47 nəfər ölüb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində 43 nəfər isə yaralanıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Humay İSGƏNDƏRLİ