FTX Bryanskda terror aktına cəhdlərin qarşısını aldı

 15:02 31.08.2023     212

“Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Bryansk vilayətində Ukrayna xüsusi xidmət orqanlarının diversiya qrupunu zərərsizləşdirib”.

Redaktor.az xəbər verir ki, bu barədə FTX-nin yaydığı məlumatda qeyd olunub. 

Məlumata görə, sözügedən qrupun məqsədi hərbi və enerji obyektlərində terror aktlarının törədilməsi olub: “Əməliyyat zamanı diversiya qrupunun 2 üzvü zərərsizləşdirilib, 5 nəfər isə saxlanılıb. Onlardan 3-ü yaralanıb”.